
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11,8 min ton
alüminium məmulatları istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni
dövrü ilşə müqayisədə 2,7 min ton və ya 30,4% artıb.
Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin
anbarlarında hazır alüminium məmulatları ehtiyatı 3,7 min ton
təşkil edib.
Ümumilikdə, metallurgiya sənayesi və hazır metal məmulatlarının
istehsalı sahələrində 2026-сı ilin yanvar-fevral aylarında 231
milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 1,9
faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 20,5
faiz azalma müşahidə olunub.

