Baş nazir: Litva ərazisinə düşən dron Ukraynaya məxsusdur

Baş səhifə

Litvanın hava sərhədlərini pozaraq Varenskin rayonunda düşərək partlayan pilotsuz uçuş aparatı Ukraynaya məxsus olub.

“Delfi” bu barədə Litva Baş naziri İnqa Ruqinenenin açıqlamasını yayıb.

Baş nazir qeyd edib ki, dron Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi əməliyyat zamanı Litva ərazisinə keçib.

“Bu gün biz deyə bilərik ki, ölkəmizin hava məkanını keçən və Varenskin rayonuna düşən dron Ukraynaya məxsus idi. Bu, həmin gecə ukraynalıların Rusiyaya qarşı həyata keçirdiyi əməliyyatla bağlıdır (Primorsk neft terminalına hücum – red.)”, – o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir