
Rusiyada Koreya Xalq Demokratik Respublikaslndan olan hərbçilərin şərəfinə abidə ucaldılacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin Kursk vilayətində hərbi əməliyyatlarda iştirakı hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin praktiki təcəssümüdür.
“Bu yaxınlarda Pxenyanda qəhrəmanların abidəsi açılıb və biz Rusiya Federasiyası ərazisində də eyni jestlə cavab verəcəyik”, – Rusiya XİN başçısı deyib.
Qeyd edək ki, Pxenyanda Kursk vilayətində ölən Şimali Koreya hərbçilərinin şərəfinə küçə və muzey açılıb.
Xatırladaq ki, 2024 və 2025-ci illərdə Şimali Koreyanın Rusiya Federasiyasına ümumilikdə 15 min hərbçi göndərdiyi məlum olub.

