Azərbaycanın U-17 yığması Bolqarıstanla heç-heçə edib

Baş səhifə

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk
oyununa çıxıb.

Trend xəbər verir ki, B
liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanın Plovdiv
şəhərində yerli komanda ilə qarşılaşıb.




“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə
yekunlaşıb.

Komandamızın heyətində Əli Bəşirov fərqlənib. O 39-cu dəqiqədə
penaltini qola çevirə bilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir