
Bakı. Trend:
Salyan rayonunda yük və minik avtomobillərinin toqquşması ilə
nəticələnən qəza zamanı xəsarət alanlar olub.
Trend xəbər verir ki, səhər
saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonu Quyçu kəndi
ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı, “VAZ”
markalı nəqliyyat vasitəsi və “Mercedes” markalı yük avtomobili
toqquşub.
Hadisə nəticəsində xəsarət alanlar Zaur Ramazanov, Zamin Həsənov
və Pərvin İslamov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib və ambulator
müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

