Rusiya və Ukrayna razılaşmaya yaxınlaşır – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Moskva ilə Kiyev
Ukrayna münaqişəsinin nizamlanması üzrə razılığa getdikcə daha da
yaxınlaşır və o, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna
prezidenti Volodimir Zelenski arasında görüşün baş tutacağına ümid
edir.

Trend xəbər verir ki, Tramp
bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən
səsləndirib.




“Mən prezident Putinlə prezident Zelenskinin bir araya gələrək
razılığa gəlməsini istəyirəm. Düşünürəm ki, onlar buna doğru
irəliləyirlər, amma bunu artıq uzun müddətdir deyirəm”, – deyə
Tramp bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir