Tramp Macarıstanda seçkilər öncəsi Orbanı dəstəklədiyini bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Macarıstanda keçiriləcək parlament
seçkiləri ərəfəsində Baş nazir Viktor Orbana dəstəyini ifadə
edib.

Trend xəbər verir ki, o, bu
barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp Orbanı nəticə əldə edən güclü lider kimi xarakterizə
edib.

“Viktor Macarıstanın qorunması, iqtisadi inkişafın təmin
edilməsi, yeni iş yerlərinin yaradılması, ticarətin
genişləndirilməsi, qanunsuz miqrasiya ilə mübarizə və hüquq
qaydasının möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərib.
Mənim administrasiyam dövründə Macarıstan ilə ABŞ arasında
münasibətlər əməkdaşlığın yeni zirvələrinə yüksəlib və bunda Baş
nazir Orbanın rolu böyük olub”, – deyə o bildirib.




Tramp əlavə edib ki, 2022-ci ildə Orbanın yenidən seçilməsi üçün
namizədliyi irəli sürüləndə onu dəstəkləməkdən qürur duyub və bunu
yenidən etmək onun üçün şərəfdir. O, macar seçiciləri Orbana səs
verməyə çağırıb.

“Mən sona qədər onun yanındayam”, – deyə ABŞ prezidenti
vurğulayıb.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-nə
təyin olunub. Hakim “FİDES-Macarıstan Vətəndaş İttifaqı” Partiyası
Avropa İttifaqı rəhbərliyi tərəfindən dəstəkləndiyi bildirilən
müxalif “Tisa” Partiyası ilə gərgin mübarizə aparır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir