Lukaşenko Şimali Koreyaya dostluq sazişi bağlamağa yollanıb

Baş səhifə

Bakı.Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko Koreya Xalq Demokratik
Respublikasının (KXDR) paytaxtı Pxenyana rəsmi səfər edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Belarus XİN rəhbəri Maksim Rıjenkovun bildirdiyinə görə, iki
ölkənin liderlərinin dostluq haqda saziş imzalayacağı
gözlənilir.




“Həm Belarus, həm də Koreya tərəfini maraqlandıran kompleks, bir
sıra istiqamətlər var. Onlar ölkələrimizin liderlərinin
imzalayacağı dostluq haqda sazişin mətnində öz əksini tapacaq”,
-deyə ali diplomat bildirib.

Lukaşenko səfər çərçivəsində Kumsusan Günəş sarayına baş çəkib.
Orada Belarus lideri koreyalı sərkərdənin xatirəsini anıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir