Ötən gün 28 cinayətin üstü açılıb

Baş səhifə

Bakı.Trend:

Martın 24-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən
bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində
axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir