İran hərbi rəsmisi: ABŞ özü-özü ilə danışıqlar aparır

Baş səhifə

ABŞ özü-özü ilə danışıqlar aparır.

“Tasnim” agentliyi xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının “Xatam al-Anbiya” Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zolfaqari deyib.

“İçinizdəki mübarizənin səviyyəsi artıq özü-özü ilə danışıqlar aparmaq səviyyəsinə çatıb”, – o qeyd edib.

Zolfaqari ABŞ-ın investisiyaları və müharibədən əvvəlki enerji qiymətləri yalnız Vaşinqtonun regionda sabitliyin İranın silahlı qüvvələri tərəfindən təmin edilməsini qəbul etdikdə geri qayıdacağını vurğulayıb.

“Özünün strateji gücü ilə öyünən ABŞ indi strateji fiaskoya uğrayıb. Əgər bu supergüc olmaq iddiasında olan ölkə çətin vəziyyətindən çıxmaq qabiliyyətinə malik olsaydı, bunu artıq edərdi. Öz uğursuzluğunuzu razılaşma adlandırmayın”, – o tövsiyyə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir