
İraqın Anbar əyalətindəki hərbi obyektlərə endirilən zərbələr nəticəsində ən azı 7 hərbçi həlak olub, 13 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, İraq Müdafiə Nazirliyi axtarış-xilasetmə qruplarının hadisə yerində işlərini davam etdirdiyini bildirib.
Xatırladaq ki, ötən gün İraqdakı şiə qüvvələrinə endirilən zərbələr zamanı 15 nəfər öldürülmüşdü.

