
Bakı. Trend:
Estoniyada Rusiyaya məxsus pilotsuz uçuş aparatı Auverdə
yerləşən elektrik stansiyasının bacasına çırpılıb.
Trend xəbər verir
ki, bu barədə ERR məlumat yayıb.
“Əlimizdə olan məlumatlara görə, dronun hədəfi Estoniya olmayıb.
Hazırda ilkin araşdırma aparılıb, istintaq nəticəsində hadisənin
daha dəqiq təfərrüatları müəyyən ediləcək”, – Estoniyanın baş
prokuroru Astrid Asi bildirib.
İnsident nəticəsində heç kimin xəsarət almadığı, pilotsuz uçuş
aparatının isə Rusiyanın hava məkanından daxil olduğu
bildirilir.
Qeyd edək ki, Auver elektrik stansiyasın Estoniyanın şimal-şərq
bölgəsində Rusiya sərhədi yaxınlığında yerləşir.

