
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul
köçürmələrinin həcmi 9,390 milyon ABŞ dolları təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü
ildəki göstərici ilə müqayisədə 647 min ABŞ dolları və ya 6,4%
azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində Kanadanın payı 1,9% təşkil edib.
Həmçinin 2025-ci ildə Kanadadan Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 5,382 milyon ABŞ dolları olub ki, bu da
2024-cü ildəki göstərici ilə müqayisədə 790 min ABŞ dolları və ya
17,2% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
Kanadanın payı 0,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul
köçürmələrinin həcmi 10,037 milyon ABŞ dolları, əks istiqamətdə isə
4,592 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki
şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139
milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə
müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları
təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1
milyon ABŞ dolları və ya 8,7% çoxdur.

