Azərbaycan QS 2026 reytinqində yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı
universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7
universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə
reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə,
təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat
verilib.

Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən
reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.




Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər
Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer
alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki
Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.

Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi
Qafqaz regionunun yeganə ölkəsidir.
Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə
dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha
yüksəkdir.

Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil
müəssisəsinin və 21000-dən çox təhsil proqramının
qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə
edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz,
işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və
beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir