“Qalatasaray” almana görə “Fənərbaxça” ilə mübarizə aparacaq

Baş səhifə

Bakı. Trend:

Almaniya millisinin və “Bavariya”nın futbolçusu Leon Qoretzka
karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “Fənərbaxça”dan sonra Türkiyədən daha bir klub
almanı heyətinə qatmağı planlaşdırır. “Qalatasaray” da Qoretzka
üçün hərəkətə keçib.




Mövsümün sonunda “Bavariya” ilə müqavilə müddəti başa çatacaq
yarımmüdafiəçi “Fənərbaxça” və “Qalatasaray” arasında seçim etməli
olacaq.

Qeyd edək ki, o, 2018-ci ildə “Bohum”dan “Bavariya”ya keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir