
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarında kuryer-robotlar şəhər komfortunun
gələcəyi kimi təqdim olunur. Lakin sözügedən “gələcək” Çikaqo
şəhərində avtobus dayanacağındakı bütün şüşələri sındırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, sosial şəbəkələrin Amerika seqmentində
geniş yayılmış kadrlarda əks olunan hadisə şəhər mühitində avtonom
qurğuların təhlükəsizliyi və davranışı ilə bağlı narahatlıqları
daha da artırmış olub.
“Serve Robotics” şirkətinə məxsus robot şüşə qırıntıları
arasında dayanaraq yüngülcə tərpənir, daha sonra isə kənara
çəkilir.
Çikaqo sakinləri dəfələrlə robotlarının səkiləri zəbt etməsi və
potensial təhlükə yaratması ilə bağlı narahatlıqlarını ifadə
ediblər. Bu hadisə isə kuryer-robotların cəmiyyət üçün nədərəcədə
təhlükəsiz olması ilə bağlı müzakirələri yenidən gündəmə
gətirir.

