
Bakı. Trend:
Çexiyanın “Škoda Auto” avtomobil istehsalı şirkəti 2026-cı ilin
ortalarında Çində avtomobillərinin satışını dayandıracaq.
Trend-in
məlumatına görə, bu barədə “ČTK” agentliyi xəbər verib.
Məlumata əsasən, bu qərarın səbəbi beynəlxalq istehsalçılar üçün
Çin bazarında əhəmiyyətli dəyişikliklər olub. “Škoda-Auto” şirkəti
Hindistan və Cənub-Şərqi Asiyada mövqeyini gücləndirməyə diqqət
yetirmək niyyətindədir.
2025-ci ildə Çexiya avtomobil istehsalçısı Çində cəmi 15 min
avtomobil satıb ki, bu da illik müqayisədə 14,5% azalma deməkdir.
Halbuki, 10 il əvvəl şirkət Çində ildə 300 minə qədər avtomobil
satırdı.

