İran ABŞ-nin münaqişənin həlli təklifini rədd edib – KİV

Baş səhifə

Bakı. Trend:

Tehran Vaşinqtonun təklifini rədd edib və münaqişənin həlli üçün
beş şərt irəli sürüb.

Trend-in
məlumatına görə, bu barədə İran rəsmisi yerli KİV-lərə deyib.

“İran müharibəni bitirmək qərarına gəldikdə və şərtləri yerinə
yetirildikdə onu bitirəcək”, – deyə o bildirib.




İran rəsmisi Tehranın tələbləri yerinə yetirilənə qədər
müdafiəsini və zərbələrini davam etdirmək qətiyyətini
vurğulayıb.

O, həmçinin qeyd edib ki, Vaşinqton Tehranın həddindən artıq və
reallıqdan kənar hesab etdiyi şərtlər irəli sürür. Onun sözlərinə
görə, Tehran münaqişənin həlli üçün “bütün cəbhələrdə müharibəyə
hərtərəfli son qoymaq”, “müharibənin təkrarlanmasının qarşısını
almaq üçün zəmanətlərin yaradılması”, “müharibə zərərinə görə
kompensasiyanın ödənilməsinin təmin edilməsi” və “İranın Hörmüz
boğazı üzərində suverenliyinin tanınması” kimi şərtlər irəli
sürüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir