Tovuzda iki mərtəbəli ev yanıb – FOTO

Baş səhifə

Tovuz rayonunda iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayon sakininə məxsus 5 otaqlı, ümumi sahəsi 200 kvadratmetr olan evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikası cəlb olunub.

Alov qısa müddətdə söndürülüb. Yanğın nəticəsində evin 60 kvadratmetr sahəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir