Quterreş Yaxın Şərq münaqişəsinin həlli üçün şəxsi elçi təyin edib

Baş səhifə

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdəki münaqişənin
həlli səylərinə rəhbərlik etmək üçün şəxsi nümayəndə təyin
edib.

Trend-in
məlumatına görə, bu A.Quterreş jurnalistlərə deyib.




“Mən elə indicə münaqişənin və onun nəticələrinin həlli üçün
BMT-nin səylərinə rəhbərlik etmək üçün Jan Arnonu şəxsi elçim təyin
etdim”, – deyə o bildirib.

Qeyd edək ki, Jan Arno 2021-ci ildə Quterreşin Əfqanıstan və
regional məsələlər üzrə şəxsi elçisi vəzifəsində çalışıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir