"ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir"

Baş səhifə

ABŞ İranın “Buşehr” Atom Elektrik Stansiyası ilə bağlı vəziyyət üzrə heç bir zəmanət vermir.

Modern.az TASS-a istnadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva bu obyektə zərbələrin yaratdığı təhlükə ilə bağlı öz mövqeyini Vaşinqtona çatdırır.

“Heç bir zəmanət yoxdur, lakin biz hər dəfə bu zərbələrin arxasında duran ciddi təhlükə ilə bağlı mövqeyimizi onların diqqətinə çatdırırıq”, – deyə Peskov qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir