
Bakı. Trend:
İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi
Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart
ayının ən yaxşısı seçilib.
Trend-in
məlumatına görə, 21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib
qapısını dəqiq nişan alıb.
Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən
qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi
rekord kimi tarixə keçib. Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə
İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan
qolu” rekordunu 13 metr yeniləyib.
Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi
ilə bitib.

