Banqladeşdə avtobus çaya düşüb, 24 nəfər ölüb

Baş səhifə

Banqladeşdə sərnişin avtobusunun çaya düşməsi nəticəsində azı 24 nəfər həlak olub.

APA xaici KİV-ə istinadən xəbər verir ki, hadisə Padma çayı üzərində bərə terminalına daxil olmağa çalışan zaman baş verib.

Bildirilir ki, dolu olan avtobusun əyləcləri eniş zamanı sıradan çıxıb, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yüksək sürətlə maneəyə çırpılaraq çaya aşıb. Avtobus təxminən 9 metr dərinlikdə batıb.

Hazırda xilasedicilər 22 nəfərin meyitini sudan çıxarıb. Onların arasında 6 kişi, 11 qadın və 5 uşaq var.

Hadisənin ilk dəqiqələrində yerli sakinlər və terminal əməkdaşları tərəfindən təxminən 15 nəfər xilas edilib. Yaralılardan bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir