
Bakı. Trend:
Astronomlar süni intellektin köməkliyi ilə Günəş sistemindən
kənarda 100-dən çox yeni ekzoplanet aşkarlayıblar.
Trend xarici KIV-ə
istinadən xəbər verir ki, bu kəşf ekzoplanetlərin axtarışı üçün
nəzərdə tutulmuş TESS kosmik aparatının topladığı məlumatlarda yer
alsa da, onu ortaya çıxaran olmamışdı.
Faktın üzə çıxması məhz süni intellekt sayəsində etmək mümkün
olub.
İstifadə olunan metod həmçinin əlavə olaraq təxminən 2000
ekzoplanet namizədi aşkarlayıb ki, onların təxminən yarısı əvvəllər
məlum deyildi.
NASA-nın ekzoplanet kataloqunda hazırda təxminən 6000
təsdiqlənmiş obyekt olduğu nəzərə alınarsa, bu namizədlərin
təsdiqlənməsi digər ulduzların ətrafında planetlərin axtarışında
ciddi irəliləyiş ola bilər.
Ekzoplanetlərin aşkarlanmasına RAVEN innovativ süni intellekt
sistemi töhvə verib Sistem Böyük Britaniyadakı Uorvik
Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb.

