Azərbaycana təhlükəli arılar gətirilib – Açıqlama

Baş səhifə

Bakı.Trend:

Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar
gətirilib.

Bu barədə Trend
Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib. O
qeyd edib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib.
İdxal edilən arıların Tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir.
Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar
vasitəsilə digər ölkələrə keçmə riski yüksəkdir.

“Bu gənələr arıların sürfələri ilə qidalanır, nəticədə zəif və
deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə
zəifləyir və çökür”, – o deyib.

Qeyd olunub ki, assosiasiya tərəfindən Azərbaycana Özbəkistandan
arı ailələrinin gətirilməməsi üçün çox çalışılıb.




“Özbəkistanda Tropilaelaps gənəsi çox yayılıb. Özbəkistan
illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb.
Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını bilib idxala
qadağa qoyublar”.

B. Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla
arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail
olunub.

“Hazırda Özbəkistandan gələn bir tır arı İsmayıllı
ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq
boşaldılıb”.

Qeyd edək ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə
sorğu göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir