
Bakı. Trend:
İsrail ordusu İrandan daha bir raket atəşi aşkar etdiyini və
onların ələ keçirilməsi üçün tədbirlərə başladığını bildirib.
Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
açıqlama yayıb.
“İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə doğru raket
buraxılışını aşkar edib. Müdafiə sistemləri raketləri ələ keçirmək
üçün çalışır”, – deyə açıqlamada bildirilir.

