FİFA futbolda yeni qaydaları açıqlayıb

Baş səhifə

Bakı. Trend:

FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.

Trend xəbər verir
ki, bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiq
ediləcək.




Yeni qaydalara əsasən:

– Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə,
onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqə
gözləməli olacaq.
– Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzində
meydandan kənarda qalmalı olacaq.
– VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələri
ilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək.
– Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanı
vaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək.
– Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yan
xəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir