Avropa zonasında Dünya Çempionatı pley-off oyunlarına start verilib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında
pley-off oyunlarına start verilib.

Trend xəbər verir
ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları
arasında keçirilib. Qarşılaşma “ay-ulduzlular”ın minimal hesablı
qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu
vurub.

Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin qalibi ilə
üz-üzə gələcək.




Gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-də
başlayacaq.

Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunlarından sonra
ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə
qazanacaq. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir