
Bakı. Trend:
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı
Siliya Floresin cinayət işi üzrə Nyu-York məhkəməsində keçirilən
ikinci iclas çərçivəsində dinləmələr başa çatıb.
Trend-in
məlumatına görə, hakim Elvin Hellerstayn məhkəmə xərcləri ilə bağlı
davam edən mübahisəyə baxmayaraq, Maduronun üzərindən ittihamların
götürülməyəcəyini bildirib.
Maduronun vəkili Barri Pollak bildirib ki, cütlük məhkəmə
xərclərini müstəqil şəkildə ödəyə bilməyəcəklərini qeyd edib və bu
xərclərin Venesuela hökuməti tərəfindən qarşılanmalı olduğunu
vurğulayıb.
Hakim Elvin Hellerstayn yaxın vaxtlarda ABŞ administrasiyasının
Venesuelaya bu xərcləri ödəməyə icazə verib-verməməsi ilə bağlı
qərar çıxaracağını bildirib.
İclas təxminən bir saat yarım davam edib.

