
Bakı. Trend:
Pakistanın nəzarətində olan Kəşmirdə 5,3 bal gücündə zəlzələ
qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata görə, zəlzələnin episentri Battagram şəhərindən 277 km
şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.

