
Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin Baş katibi
Antonio Quterreş arasında cümə axşamı telefon danışığı baş
tutub.
Trend xəbər verir
ki, danışıq zamanı regiondakı son vəziyyət müzakirə olunub.
Əraqçi BMT Baş katibinin diqqətinə çatdırıb ki, İran milli
təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qanuni müdafiə
yolu ilə qorumaqda qətiyyətlidir.
Hörmüz boğazındakı mövcud durum barədə məlumat verən Əraqçi
bildirib ki, rəsmi Tehran bu su yolunda gəmiçiliyin
təhlükəsizliyini təmin etmək üçün öz məsuliyyətlərini dərk edərək
zəruri tədbirlər görüb.
BMT Baş katibi isə ölkələrin milli suverenliyinə və ərazi
bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb və regionda
müharibənin və qırğınların davam etməsindən ciddi narahatlığını
ifadə edib.

