Tanınmış jurnalist vəfat etdi (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi (MEDİA) tanınmış jurnalist Rəşad
Baxşəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Trend xəbər
verir ki, bu barədə agentliyin “X” sosial şəbəkə hesabında paylaşım
edilib.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi
tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin
vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə
başsağlığı verir. Allah rəhmət eləsin”, – paylaşımda qeyd
edilib.

xxx
09:33




Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad
Baxşəliyev vəfat edib.

Trend xəbər
verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat
paylaşıblar.

Bildirilib ki, mərhum jurnalist səhər saatlarında ürək
çatışmazlığından dünyasının dəyişib.

Qeyd edək ki, Rəşad Baxşəliyev uzun müddət “Şərq” qəzetində
çalışıb, daha sonra “Azərbaycan” qəzetində şöbə müdiri olub.

“Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə
təltif edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir