
Bakı. Trend:
İstanbulda keçirilən Novruz tədbirlərində PKK/KCK terror
təşkilatının təbliğatını aparan 26 nəfər saxlanılıb.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Polis İdarəsinin kəşfiyyat və terrorla
mübarizə bölmələri Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı
şəkildə apardıqları əməliyyat çərçivəsində tədbirlərdə iştirak edən
bəzi şəxslərin təşkilatın təbliğatını apardıqlarını müəyyən
ediblər.
Keçirilən əməliyyat zamanı müxtəlif ünvanlarda 26 şübhəli
tutulub.
Axtarışlar zamanı siqnal tapança, təşkilati simvollar və
müxtəlif rəqəmsal materiallar aşkarlanıb.
Saxlanılan şəxslər istintaq tədbirləri üçün polisə təhvil
verilib.

