
Bakı. Trend:
Martın 28-də Bakıda və Abşeron yarımadasında arabir yağış
yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatına
əsasən, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli
güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna
olunmur.
Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim
şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq.
Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi
yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti,
dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq. Gecə və səhər
bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

