
Bakı. Trend:
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz
boğazında İsrail və ABŞ ilə əlaqəli gəmilərin keçidinə qarşı “sərt
tədbirlər” görüləcəyi barədə xəbərdarlıq edib.
Trend İran
KİV-ə istinadən xəbər verir ki, SEPAH İsrail, ABŞ, eləcə də onların
müttəfiqlərinin və dəstəkçilərinin limanlarına gedən və onlardan
gələn yük gəmilərinin hər hansı bir su yolu və ya istiqamət üzrə
keçidi qadağan olunur.
SEPAH-ın məlumatına görə, Hörmüz boğazı bağlıdır və su yolu ilə
ediləcək hər hansı tranzitə “sərt tədbirlərlə” cavab veriləcək.
Məlumatlara görə, müxtəlif ölkələrə aid 3 konteyner gəmisi SEPAH
donanmasının xəbərdarlıqlarından sonra boğazdan geri
qaytarılıb.

