
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin martın 27-də — Teatr Günü
münasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili Dram
Teatrının yenidən qurulmuş binasının açılışını edəcək.
Trend xəbər
verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat
verib.
Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun
sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır.
Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk
dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.
Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan
da qonaqlar gələcək.
Qeyd edək ki, teatrın yenidən qurulması 2025-ci ilin dekabr
ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı
yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib.
Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz
olunub.

