İsrail İrana hücumları artıracaq – Katz

Baş səhifə

Bakı. Trend:

İsrail İrana qarşı hücumları artıracaq

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael
Katz bildirib.




“Baş nazir və mən İranın terror rejiminə İsrailin mülki
əhalisinə raket atışlarını dayandırmaq barədə xəbərdarlıq etdik. Bu
xəbərdarlıqlara baxmayaraq, atışlar davam edir, buna görə də İsrail
Müdafiə Qüvvələrinin İrana zərbələri güclənəcək. Bu hücumlar
rejimin İsrailin mülki vətəndaşlarına qarşı silahlar istehsal
etməsini və işlətməsini təmin edən digər hədəflərə və sahələrə
yayılacaq,” – Katz hərbi rəsmilərlə keçirdiyi qiymətləndirmə zamanı
deyib.

“İran bu müharibə cinayəti üçün ağır və artan qiymətlər
ödəyəcək,” – Katz əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir