
Bakı. Trend:
ABŞ və İsrailin İrana hücumlarından sonra Hörmüz boğazında
yaranan məhdudiyyətlər xüsusilə Asiya ölkələrində ciddi enerji
böhranına səbəb olub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, regionda bir çox hökumətlər
yanacağa qənaət üçün iş saatlarını azaldıb, məsafədən iş rejiminə
keçib və təhsil müəssisələrini erkən tətilə buraxıb. Hətta böyük
ehtiyatlara malik Çin belə yanacaq qiymətlərinin artması fonunda
məhdudiyyətlər tətbiq edib.
Filippin hökuməti fövqəladə vəziyyət elan edib. Ölkədə nəqliyyat
sektoru ciddi zərbə alıb, sürücülərin gəlirləri kəskin azalıb, bir
çoxu fəaliyyəti dayandırıb.
Tailand enerji qənaəti rejiminə keçib, dövlət qurumlarında
məsafədən iş tətbiq olunub və kondisioner istifadəsinə məhdudiyyət
qoyulub.
Şri-Lanka və Myanma isə yanacaq üçün kart sistemi tətbiq edib.
Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, gündəlik
həyat iflic vəziyyətə düşüb.
Hindistan da böhrandan ciddi təsirlənib. Qaz çatışmazlığı
səbəbindən bəzi sənaye sahələri fəaliyyətini dayandırıb, böyük
şəhərlərdə restoranların bir hissəsi bağlanıb.

