Bakı-Şamaxı yolunda ölümlə nəticələnən qəza baş verib

Baş səhifə

Bakı.Trend:

Bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun
Qobustan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi
qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional
qrupundan Trend
verilən məlumata görə, “Hyundai” markalı avtomobil idarəetmədən
çıxaraq aşıb.




Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə
Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir