İspaniya Əlcəzairdən qaz tədarükünü artıracaq

Baş səhifə

Bakı. Trend:

İspaniya Əlcəzairdən qaz tədarükü həcminin artırılmasını
istəyir.

Trend
“Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, bu barədə
tərəflər arasında danışıqlar aparılıb.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Əlcəzairə
səfəri zamanı bildirib ki, ölkəsi Əlcəzairlə neft-qaz əlaqələrin
dərinləşdirilməsi barədə razılığa gəlib. Bu sahədə tədarük
həcmlərinin artırılması da nəzərdə tutulub.




Bildirilir ki, Əlcəzair “Medgaz” boru kəməri vasitəsilə
İspaniyanın əsas qaz tədarükçüsüdür. Bu boru kəmərinin gündəlik
nəql gücü 32 milyon kubmetrdir. Hər iki ölkə adı çəkilən xəttin tam
gücü ilə işləməsinə çalışır. Bu da tədarük həcmlərinin 10 faiz
artması deməkdir.

Qeyd edək ki, Əlcəzairin “Sonatrach” şirkəti “Medgaz”
layihəsində 51 faiz paya malikdir. İspaniya ilə ABŞ-nin müştərək
şirkətinin payı isə 49 faizdir. Xəttin uzunluğu 210 kilometdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir