
Bakı. Trend:
Rafinya bir aydan çox müddətə sıradan çıxıb.
Trend xəbər verir ki, “Barselona” vingeri Braziliya millisində olarkən budun arxa
əzələsindən zədə alıb və klub artıq onun təxminən 5 həftə oynaya
bilməyəcəyini açıqlayıb.
Bu səbəbdən o, “Atletiko”ya qarşı 3 oyunu (2-si Çempionlar
Liqası, 1-i La Liqa), “Espanyol” ilə derbini, “Selta” və “Xetafe”
ilə matçları buraxacaq.
Qeyd edək ki, braziliyalı futbolçunun mayın əvvəlində “Osasuna”
ilə oyuna hazır ola biləcəyi ehtimal olunur.

