
Bakı. Trend:
Suriya prezidenti Əhməd əl-Şaraa Almaniyaya səfər edəcək.
Trend xəbər verir ki, bu
barədə Berlində hökumətin rəsmi nümayəndəsi Ştefan Kornelius
məlumat verib.
Bildirilib ki, Almaniya Kansleri Fridrix Merts bazar ertəsi
Suriya prezidentini qəbul edəcək.
Qeyd olunub ki, bu, Əhməd əl-Şaraanın Suriyada hakimiyyətə
gəldikdən sonra Almaniyaya ilk səfəridir.
Səfər çərçivəsində suriyalı qaçqınların ölkələrinə geri
qaytarılması prosesinin sürətləndirilməsi ilə bağlı Almaniyanın
apardığı siyasət barədə fikir mübadiləsinin aparılacağı
gözlənilir.

