
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Kuba Vaşinqtonun
növbəti hədəflərindən biri kimi nəzərdən keçirilə bilər.
Trend xəbər verir ki, o, bu
fikirləri Mayamidə keçirilən investisiya forumu zamanı
səsləndirib.
“Güclü ordu yaratmışam. Demişdim ki, ondan istifadə etməyə
ehtiyac olmayacaq, amma bəzi hallarda istifadə zəruri olur. Bu
arada, növbəti Kuba ola bilər”, – deyə o bildirib.
Bununla yanaşı, ABŞ lideri Kuba ilə bağlı mümkün addımların
detalları barədə əlavə məlumat verməyib.

