Almaniyada daşınmaz əmlak qiymətləri artıb

Baş səhifə

Bakı. Trend:

Almaniyada daşınmaz əmlak qiymətləri son dövrdə xeyli artıb.
Ölkədə ev və mənzillər 2025-ci ilin dördüncü rübündə əvvəlki ilin
eyni dövrü ilə müqayisədə orta hesabla 3 faiz bahalaşıb. Ümumilikdə
isə 2025-ci ildə daşınmaz əmlak əvvəlki illə müqayisədə 3,2 faiz
bahalaşıb və 2022-ci ildən sonra ilk dəfə illik artım göstərib.

Trend xəbər verir ki, bu
barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında
bildirilib.




Məlumatda qeyd olunub ki, bahalaşma bütün regionlarda müşahidə
edilib. Ən böyük artım seyrək məskunlaşmış kənd rayonlarında qeydə
alınıb. Burada mənzillər 5,4 faiz, iri şəhərlərdə isə 4,8 faiz
bahalaşıb. Almaniyanın yeddi ən böyük şəhərində – Berlin, Hamburq,
Münxen, Köln, Frankfurt, Ştutqart və Düsseldorfda qiymətlər 2,1
faiz artıb.

Fərdi evlər də bahalaşıb. Bu kateqoriyada qiymətlər kənd
rayonlarında 3,2 faiz, iri şəhərlərdə 3,1 faiz, metropollarda isə
1,5 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir