Fransa millisinin üzvü “İnter”ə keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Roma”nın yarımmüdafiəçisi Manu Kone A Seriyasında klubunu
dəyişə bilər.

Trend xəbər verir ki, “İnter”
fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə “La Gazzetta
dello Sport” nəşri məlumat yayıb.




Paytaxt klubunu Kone üçün tələb edəcəyi məbləğ məlum olub. Belə
ki, “canavarlar” 24 yaşlı oyunçuya 40 milyon avro qiymət
qoyublar.

Qeyd edək ki, “Roma” Manu Koneni 2024-cü ilin yayında
Münhenqladbax “Borussiya”sından transfer edib. Fransa millisinin
üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı
34 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir