Kubada idarəetmə modelinin dəyişdirilməsi vacibdir – Rubio

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası hesab edir ki, Kubanın iqtisadi inkişafı
üçün ölkənin idarəetmə sistemi yenilənməlidir.

Trend xəbər verir ki, ABŞ
dövlət katibi Marko Rubio bu barədə Fransada keçirilən G7
ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları ilə bağlı
danışarkən bildirib.

“İdarəetmə sistemi dəyişmədən iqtisadiyyatın dəyişməsi mümkün
deyil. Bu, çox sadə məsələdir”, – deyə o qeyd edib.




Rubionun sözlərinə görə, belə dəyişikliklər həyata keçirilmədən
Kuba iqtisadi artıma nail ola bilməz.

“Bunun üçün rəhbərlik, dövlətin idarəetmə sistemi və iqtisadi
model dəyişdirilməlidir”, – deyə o vurğulayıb.

O, əlavə edib ki, problem konkret şəxslərdə deyil, onun
fikrincə, effektiv olmayan mövcud idarəetmə sistemindədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir