
Bakı. Trend:
İnsanların Aya enişinin 2030-cu ilə qədər reallaşa biləcəyi
bildirilir.
Trend xəbər verir ki, bu
barədə “SpaceX” şirkətinin prezidenti Qvin Şotuell “Time” nəşrinə
müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ayda istehsal infrastrukturunun
qurulmasında robot sistemlərdən istifadə planlaşdırılır.
“Mən hesab edirəm ki, 2030-cu ilə qədər insanları Ay səthinə
endirəcəyik”, – deyə o qeyd edib.

