“Bavariya”nın futbolçusu Almaniya millisində debüt edib

Baş səhifə

Bakı. Trend:

“Bavariya”nın futbolçusu Lenart Karl Almaniya millisində debüt
edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yığmanın
İsveçrə ilə keçirdiyi yoldaşlıq oyununda ilk dəfə əsas komandada
forma geyinib. Qarşılaşma “Sankt-Yakob Park” stadionunda baş tutub
və Almaniya millisi 4:3 hesablı qələbə qazanıb.




Karl oyuna ikinci hissədə qoşulub. O, 63-cü dəqiqədə Leroy
Saneni əvəzləyib. Həmin anda Almaniya yığması hesabda 3:2 öndə
idi.

Qeyd edək ki, Lenart Karl cari mövsümdə “Bavariya”nın heyətində
bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə
verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir