Bakıda leysan rekord qırdı: yollardakı vəziyyətlə bağlı yeni görüntülər

Baş səhifə

Bakı. Trend:

Bakı və Abşeron yarımadasında artıq ikinci gündür aramsız leysan
yağır. Güclü yağıntılar nəticəsində paytaxtın bir çox küçə və
prospektlərində iri gölməçələr yaranıb, bəzi ərazilərdə isə hərəkət
xeyli çətinləşib. İntensiv yağışlar səbəbindən bəzi evləri də su
basıb.

Trend xəbər verir
ki, dünən saat 22:00-a olan məlumata əsasən, ölkə ərazisində
intensiv yağıntılı hava şəraiti davam edib. Bakıda və Abşeron
yarımadasında yağan güclü yağışın miqdarı 58 mm təşkil edib ki, bu
da aylıq normanın 247 faizinə bərabərdir.

Məlumata görə, martın 28-i ərzində də yağıntıların davam
edəcəyi, bəzi yerlərdə intensiv xarakter alacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı ərazilərində güclü yağışlarla əlaqədar
subasma hallarının davam edəcəyi bildirilir. Martın 29-u gündüz
saatlarından isə yağıntıların tədricən kəsiləcəyi
proqnozlaşdırılır.




Aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün işlərə
cəlb olunsalar da, yollarda vəziyyət hələ də gərgin olaraq qalır.
Xüsusilə aşağı ərazilərdə suyun yığılması nəqliyyatın hərəkətinə
ciddi maneələr yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir