ABŞ üçüncü aviadaşıyıcısını İran sahillərinə göndərir

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin “George H.W. Bush” aviadaşıyıcısı
Yaxın Şərqdə İran əleyhinə əməliyyatda iştirak üçün göndərilə
bilər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aviadaşıyıcı ABŞ-nin Yaxın Şərq və Asiyadakı
əməliyyatlarına cavabdeh olan Mərkəzi Komandanlıq zonasında
yerləşdiriləcək. Mənbələr əməliyyatın məhz İrana qarşı olduğunu
qeyd ediblər.




Həmçinin, mənbələr bildiriblər ki, gəmi mart ayının əvvəllərində
böyük hərbi əməliyyatlarda iştirak üçün lazım olan hazırlığı
tamamlayıb.

ABŞ artıq Yaxın Şərqə “Donald Cook” və “Mason” gəmilərini də
göndərib, onlar bu həftə Florida ərazisini tərk ediblər.

Qeyd edək ki, ABŞ-nin bu əməliyyatında daha əvvəl iki
aviadaşıyıcı – “Abraham Lincoln” və “Gerald R. Ford” iştirak edib.
12 mart tarixində “Gerald R. Ford” gəmisində yanğın baş verib və o,
23 martda təmir üçün Yunanıstanın Krit adasında yerləşən hərbi
dəniz bazasına aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir